10 
Yan
2019
18:55
421
17
3344
Virtual karabakh

İspaniyada erməni quldur dəstəsi saxlanıldı

10 Yan, 2019
18:55
3344

İspaniyada erməni quldur dəstəsi saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyada danışılmış tennis oyunlarının təşkil edilməsi ilə məşğul olan ermənilərdən ibarət qruplaşma zərərsizləşdirilib. On beş nəfər saxlanılıb, daha 68 nəfər, o cümlədən idmançılar barədə istintaq işi davam edir.

Oxu.Az RİA Novostiyə istinadən məlumat verir ki, danışılmış oyunlarda əsasən “İTF Futures və Challenger” kateqoriyalarında çıxış edən tennisçilər iştirak edib.

Qruplaşma üzvləri isə onlarla əlaqəyə girərək oyunların nəticələrini əvvəlcədən razılaşdırıblar.

Qruplaşma 2017-ci ilin fevralından fəaliyyət göstərib. Ehtimal olunur ki, bu müddət ərzində onun gəliri milyonlarla avro təşkil edib. Əməliyyat oktyabr ayında keçirilsə də, mülki qvardiya onun təfərrüatları barədə yalnız indi xəbər verib.

İspaniyanın doqquz əyalətində keçirilən axtarışlardan sonra 167 min avro nağd pul, bank kartları, tapança, bahalı avtomobillər və zərgərlik əşyaları aşkar edilib. 42 bank hesabı dondurulub, daşınmaz əmlak obyektlərinə həbs qoyulub.

Şübhəlilərə qarşı quldur dəstələrinə aid olmaq, korrupsiya, fırıldaqçılıq, çirkli pulların yuyulması, qanunsuz silah saxlanılması və şəxsi məlumatların qanundan kənar mənimsənilməsi ittihamları irəli sürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri