11 
Yan
2019
11:45
26
88
5662
Virtual karabakh

“Amazon” rəhbərinin boşanmasında Tramp izi aşkarlandı

ABŞ prezidenti Donald Trampın sevgililəri ilə “macəraları”nı gizlədən “National Enquirer” nəşri “Amazon” rəhbəri Ceff Bezosa qarşı araşdırmalar aparıb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı CNN telekanalı məlumat yayıb. 

Araşdırma beş ştatda aparılıb. Nəticədə, məlum olub ki, Bezos sevgilisini dəyəri 65 milyon dollar olan şəxsi təyyarəsində gəzdirib. Nəşr bildirib ki, bu araşdırma cütlüyün boşanmasına səbəb olub. 

CNN-in məlumatlarına görə, Bezosa qarşı bu diqqətə ABŞ prezidentinin dəfələrlə “Amazon”un rəhbərinə qarşı tənqidləri səbəb olub. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri