11 
Yan
2019
16:54
22
330
14637
Virtual karabakh

Türkiyədə kişiyə qadın paltarı geyindirib təcavüz etdilər

11 Yan, 2019
16:54
14637

Türkiyədə kişiyə qadın paltarı geyindirib təcavüz etdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə - Qaziantepdə qaçırdıqları bir kişiyə qadın alt paltarı geyindirib cinsi təcavüz etməkdə və bunları videoya çəkməkdə təqsirləndirilən biri qadın olmaqla, dörd cinayətkarın hər birinə 23 il 7 ay həbs cəzası verilib.

Oxu.Az “Milliyet”ə istinadən xəbər verir ki, Qaziantep 11-ci ağır cəza məhkəməsində məhkəmə iclasına şübhəli Əbubəkir Say ilə həyat yoldaşı Esra Say, dostları Ömər Dev və Ömər Kılıç ilə vəkilləri qatılıb.

Şübhəlilərin hamısı günahsız olduqlarını söyləyiblər.

Vəkil Esra Sayın zərərçəkmişə mesaj göndərdiyini və ərinə söylədiyini, şübhəli şəxslərin aralarında zərərçəkmişə dərs vermək adına plan qurduqlarını və Esra Sayın telefonundan zərərçəkmişi Qaziantepə çağırdıqlarını, onun Esra Say ilə görüşdükdən sonra digər şəxslərin də avtomobilə gəldiyini və birlikdə təpəlik yerə getdiklərini xatırladıb.

Daha sonra onların zərərçəkmişi soyunduraraq qadın alt paltarı geyindirdiklərini və cinsi təcavüz etdiklərini, baş verənləri videoya çəkdiklərini ifadə edən vəkil bu şəxslərin cəzalandırılmasını tələb edib.

Məhkəmə heyəti şübhəli şəxslərin hər birinə 23 il 7 ay müddətinə həbs cəzası verildiyini bəyan edib.

Ayrıca, çəkilən görüntülərin zərərçəkmişin dostuna göndərilməsi ilə hədələdiyinə görə həbs olunanların hərəsi 2 min lirə (625 manat) pul cəzası ödəməli olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri