11 
Yan
2019
17:06
423
32
2663
Virtual karabakh

Ermənistanda “donuz qripi”ndən ölüm halı qeydə alındı

11 Yan, 2019
17:06
2663

Ermənistanda “donuz qripi”ndən ölüm halı qeydə alındı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il Ermənistanda “donuz qripi”ndən ölüm halı qeydə alınıb. 

Oxu.Az News.am-a istinadən istinadən xəbər verir ki, bununla bağlı Ermənistan Xəstəliklərin Profilaktikası və Nəzarət üzrə Milli Mərkəzinin direktoru Artavazd Vanyan mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, ölən qadında müxtəlif xroniki xəstəliklər aşkarlanıb.

O bildirib ki, hazırda 693 nəfər stasionar şəraitdə qripdən müalicə alır. Bəzi xəstələrin vəziyyətləri ağır olduğu üçün reanimasiyaya yerləşdirilib. 

Gürcüstanda “donuz qripi”ndən ölüm hallarına diqqət yetirən Vanyan qeyd edib ki, hazırda Ermənistan-Gürcüstan sərhədinin karantin tədbirlərinin həyata keçirilməsi üçün bağlanmasına ehtiyac yoxdur.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri