12 
Yan
2019
16:21
324
202
14181
Virtual karabakh

Parisin mərkəzində güclü partlayış: ölənlər var - YENİLƏNİB + FOTO/VİDEO

12 Yan, 2019
16:21
14181

Parisin mərkəzində güclü partlayış: ölənlər var - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Parisdə qaz sızması nəticəsində baş verən partlayış nəticəsində yaralananlardan dördü ölüb. 

Oxu.Az “Ren” TV-yə istinadən xəbər verir ki, bununla bağlı Fransa daxili işlər nazirliyi Kristof Kastaner məlumat yayıb. 

Qeyd edilib ki, hazırda hadisə yerində fövqəladə hallar xidmətinin əməkdaşları işləyir. 

15:35

Parisin Treviz küçəsində baş verən partlayış zamanı yaraananların sayı 36-ya çatıb. 

Oxu.Az “France Info” agentliyinə istinadən xəbər verir ki, yaralılardan 12-nin vəziyyəti xüsusilə ağır qiymətləndirilir. 

Qeyd edilib ki, reanimasiyaya yerləşdirilən yaralılardan üçü yanğınsöndürəndir. 

13:35

Parisin 9-cu rayonunda Sena çayının sağ sahilində güclü partlayış baş verib. Yerli polisin verdiyi məlumata görə, partlayış Treviz küçəsində qeydə alınıb.

Oxu.Az Vesti.ru-ya istinadən xəbər verir ki, bir neçə yaralının olması haqqında məlumat verilir.

Ən çox zərər bu küçədə yerləşən un məmulatları dükanına dəyib və orada yanğın baş verib. Hadisə yerinə yanğınsödürənlər, təcili yardım maşınları və polis gəlib.

Partlayış Parisdə və digər böyük şəhərlərdə “sarı jiletli”lərin – qiymətlərin və vergilərin artımında narazı olan vətəndaşların etirazlarının doqquzuncu günündə baş verib.

Bu rayonda Parisin bəzi mühüm görülməli və turistlər arasında məşhur olan “Lafayet” qalereyası, mum fiqurlar muzeyi və Kapusin bulvarında “Olimpiya” konsert zalı kimi məskənləri yerləşir.

Polisin ilkin rəyinə görə partlayışa səbəb qaz sızması olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri