12 
Yan
2019
15:55
47
346
11198
Virtual karabakh

Ələ keçən PKK terrorçusu: Qadını hamilə olduğu üçün edam etdilər

Türkiyədə keçirilən antiterror əməliyyatı zamanı ələ keçən PKK terror təşkilatının üzvü olan qadın dəhşətli etiraflar edib. 

Oxu.Az “Sabah” qəzetinə istinadən xəbər verir ki, qadın 2013-cü ildə terrorçular tərəfindən oğurlandığını və İraqdakı mağaralardan birinə aparıldığını deyib. 

Onun sözlərinə görə, PKK terrorçuları bura gətirdiyi bütün qadınlara təcavüz edirmiş. Daha sonra o, Suriyaya aparılıb, altı ay müddətində fransız və amerikalı həkimlər tərəfindən tibb təhsili alıb. 

Qadın PKK terrorçularının dəhşətli əməllərini etiraf edib:

“Bir dəfə Rasulayn xəstəxanasına qadın gətirildi, onun hamilə olması ilə bağlı şübhələr vardı. Analizlər zamanı onun hamilə olduğu məlum oldu. Terrorçular qadını hamilə olduğu üçün edam etdilər. Sonra onunla münasibətdə olan kişini də öldürdülər”.

Samir İsayev 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri