13 
Yan
2019
00:54
72
170
4072
Virtual karabakh

İnquşetiyada yüksək vəzifəli məmurun maşını atəşə tutuldu

İnquşetiyada naməlum şəxslər Ekstremizmlə Mübarizə Mərkəzinin rəhbəri İbrahim Elcarkiyevə qarşı silahlı hücum təşkil ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks”a məlumatlı mənbə bildirib.

“İnsident İnquşetiya ilə Çeçenistan arasında sərhəd postundan bir neçə kilometr uzaqlıqda, şossedə qeydə alınıb.

İnquşetiyaya gedən Ekstremizmlə Mübarizə Mərkəzinin rəhbərinin avtomobilinə “Lada Qranta” markalı avtomobildən atəş açılıb. Hadisə nəticəsində avtomobildə olan 3 mühafizəçi xəsarət alıb”, - deyə mənbə söyləyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri