14 
Yan
2019
14:27
59
347
11626
Virtual karabakh

İranda təyyarə qəzaya uğrayıb: ekipaj ölüb - YENİLƏNİB + FOTO/VİDEO

14 Yan, 2019
14:27
11626

İranda təyyarə qəzaya uğrayıb: ekipaj ölüb - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tehran yaxınlığında qəzaya uğramış İran ordusuna aid yük təyyarəsinin dağıntıları altından bütün qurbanların meyitləri çıxarılıb.

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölənlərin sayı 15 nəfər təşkil edir.

12:42

Tehran yaxınlığında baş vermiş təyyarə qəzasından yeni kadrlar yayılıb.

Oxu.Az  xəbər verir ki, bu haqda REN TV məlumat yayıb.

İlkin məlumata əsasən, “Boeing 707” yük təyyarəsi eniş zamanı hava limanının uçuş-eniş zolağından xeyli uzaqlaşıb və divara çırpılaraq yanmağa başlayıb.

İran ordusuna məxsus olan yük təyyarəsində Bişkekdən İrana 30 ton ətin daşındığı bildirilir. Bəzi xəbərlərə görə, qəzadan bir nəfər sağ çıxıb.

Bundan əvvəl hadisə yerindən yeddi qurbanın meyiti aşkarlanıb.

10:29

İranın Kərəc şəhərində qəzəya uğrayan “Boeing 707” yük təyyarəsinin Bişkek-Kərəc reysi ilə uçduğu məlum olub.

Oxu.Az Mehrnews.com-a istinadən xəbər verir ki, pilotlar təyyarəni Payam Beynəlxalq aeroportu əvəzinə, səhvən Fəth hava limanında endirməyə çalışıb.

Qəza nəticəsində doqquz nəfərin öldüyü xəbər verilir.

Bundan əvvəl təyyarənin göyərtəsində 10 nəfərin olduğu bildirilirdi.

10:12

Tehran yaxınlığında baş verən aviaqəza nəticəsində yük təyyarəsinin göyərtəsində olan bütün ekipaj üzvləri və sərnişinlər həyatını itirib.

Oxu.Az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Bundan əvvəl “Boing 707” təyyarəsinin göyərtəsində 10 nəfərin olduğu bildirilirdi.

10:02

Tehran yaxınlığında “Boeing” 707 yük təyyarəsi qəzaya uğrayıb.

Oxu.Az xəbər verir ki, bu haqda “Republica.İt” məlumat yayıb.

Məlumata əsasən, göyərtəsində 10 nəfərin olduğu deyilən yük təyyarəsi Kərəc hava limanı yaxınlığında yerə çırpılıb.

İtkilər və qəza səbəbi barədə məlumat verilmir. Hadisə yerinə xeyli sayda təcili tibbi yardım dəstələrinin göndərildiyi bildirilir. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri