16 
Yan
2019
11:58
8
162
3660
Virtual karabakh

Konqoda eboladan 400 nəfər ölüb

16 Yan, 2019
11:58
3660

Konqoda eboladan 400 nəfər ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ilin iyulundan etibarən Konqo Demokratik Respublikasında ebola virusundan ölənlərin sayı 400 nəfəri keçib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Afrika ölkəsinin Səhiyyə Nazirliyi öz “Twitter” səhifəsində məlumat verib.

“15 yanvar 2019-cu il üçün olan vəziyyət belədir: cəmi 658 virusa yoluxma halı qeydə alınıb, bunlardan 609-u təsdiq edilib, 49-u isə ehtimal olunur. 402 nəfər dünyasını dəyişib, 237 nəfər sağalıb”, - deyə məlumatda bildirilir.

200 “şübhəli” hal araşdırılır. 15 yanvar tarixi ərzində doqquz yeni yoluxma və altı ölüm halı qeydə alınıb. Avqustun 8-dən etibarən 60460 nəfər peyvənd olunub.

Ebola insanlara vəhşi heyvanlardan keçir və daha sonra insanlar arasında yayılır. Xəstəliyin ilkin əlamətləri qəfil qızdırma, əzələ, baş və boğaz ağrılarıdır. Sonra ürək bulanması, diareya, səpki, böyrəklərin və qaraciyərin funksiyalarının pozulması, bəzi hallarda isə daxili və xarici qanaxmalar müşahidə olunur.

Ebola artıq onuncu dəfədir ki Konqoda baş qaldırır. 28 iyul 2018-ci ildə Şimali Kifu əyalətinin səhiyyə orqanları Manqina rayonunda şübhəli xəstəlik və ölümlərin olması haqqında ölkə Səhiyyə Nazirliyinə məlumat verib. Sonrakı araşıdırmalar nəticəsində bunun ebola virusu olması təsdiq edilib.  

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri