16 
Yan
2019
14:48
82
23
2916
yuxarı
Lavrov Putin-Ərdoğan görüşünün detallarını açıqladı
16 Yan, 2019
14:48
2916
82
23
Lavrov Putin-Ərdoğan görüşünün detallarını açıqladı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya prezidenti Vladimir Putinlə Türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında keçiriləcək görüş barədə danışıb.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, Lavrov 2018-ci ilin yekunlarına dair mətbuat konfransında planlaşdırılan görüşün təfsilatlarına toxunub.
Rusiyalı ali diplomatın sözlərinə görə, dövlət başçıları, əsasən, Suriyanın şimalında 20 millik bufer zonasının yaradılması məsələsini müzakirə edəcək.
“Bu və digər məsələlər, əlbəttə ki, prezident Ərdoğanın prezident Putinlə danışıqların növbəti mərhələsində iştirakı üçün gəlişindən sonra müzakirə olunacaq”, - deyə Lavrov bildirib.
Danışıqlar yanvarın 23-ə planlaşdırılır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək