18 
Yan
2019
15:15
123
208
8740
Virtual karabakh

Almaniyada ərəblərlə azərbaycanlılar arasında kütləvi dava

18 Yan, 2019
15:15
8740

Almaniyada ərəblərlə azərbaycanlılar arasında kütləvi dava

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyanın Bielefeld şəhərində azərbaycanlılar və Türkiyədən olan türklərlə ərəblər arasında kütləvi dava olub.

Oxu.Az-ın Report-a istinadən verdiyi məlumata görə, şəhərdə paltar mağazalarının birində ərəblərin kobud davranışı mağaza sahibi türkün sərt reaksiyasına səbəb olub.

Onlar arasında qızışan mübahisəni mağazadakı Zamanov Əli adlı azərbaycanlı sakitləşdirmək istəyərkən ərəbin təhqiri ilə üzləşib. Bu zaman azərbaycanlı ərəbə zərbə endirib.

Bundan hiddətlənən ərəb onlarla bir qədər sonraya görüş təyin edərək oradan uzaqlaşaraq öz həmyerlilərini götürüb və geri qayıdıb.

Hadisədən xəbər tutan digər azərbaycanlılar da ora yaxınlaşıb. Nəticədə, tərəflər arasında kütləvi dava baş verib. Dava zamanı hər iki tərəfdən yüngül xəsarət alan var.

Polis hər iki tərəfi asayişi pozduğu üçün saxlayıb və cərimələyib. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri