19 
Yan
2019
12:17
18
380
21358
Virtual karabakh

Argentinada 17 yaşlı qız diri-diri basdırıldı - FOTO

19 Yan, 2019
12:17
21358

Argentinada 17 yaşlı qız diri-diri basdırıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Argentinada itkin düşmüş yeniyetmə qız dayaz qəbirdə diri-diri basdırılıb.

Oxu.Az xəbər verir ki, bu haqda The Mirror məlumat yayıb.

Qızın yarıçılpaq meyiti üzərində məhkəmə tibbi ekspertləri fiziki zorakılıq izləri aşkarlayıb.

Bildirilir ki, sonuncu dəfə onu Argentinanın Santa-Fe əyalətinin Esperansa şəhəri yaxınlığındakı gecə klubunda görüblər.

Şahidlər qızı bir orta yaşlı işi ilə avtomobilə əyləşərkən görüb. Sonradan həmin şəxsin 39 yaşlı Pablo Trionfini olduğu müəyyən edilib. O cinayət işi üzrə əsas şübhəlidir.

Polis onu istintaqa cəlb etmək üçün evinə yollanan zaman, otaqlardan birinin döşəməsində cansız bədənini aşkarlayıb. Şübhəlinin evində çirkli çəkmələr tapılıb ki, həmin ayaqqabıları qızı basdırarkən istifadə etdiyi güman edilir.

Qətlin motivləri hələ ki, məlum deyil. İstintaq davam edir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri