21 
Yan
2019
09:17
29
377
4706
Virtual karabakh

Meksikada partlayış: 85 ölü - YENİLƏNİB

21 Yan, 2019
09:17
4706

Meksikada partlayış: 85 ölü - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Meksikanın İdalqo ştatından keçən neft kəmərində baş verən partlayış nəticəsində ölənlərin sayı 85 nəfərə çatıb.

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Xorxe Alkoser açıqlama verib.

Onun sözlərinə görə, ölənlərdən savayı, hazırda xəstəxanalarda 58 zərərçəkən müalicə olunur.  

20 yanvar, 11:16

Meksikanın İdalqo ştatında boru kəmərinin partlaması nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə “El Universal” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Partlayış və güclü yanğın boru kəmərinin Tlauelilpana rayonu ərazisindən keçən hissəsinin yerli sakinlər tərəfindən qanunsuz olaraq deşilməsi vaxtı baş verib.

Hadisə zamanı ərazidə 350 yerli sakin olub.

Bir sıra ölkələrin rəhbərləri ölənlərin yaxınlarına başsağlığı verib. ABŞ Meksika hökumətinə dəstək verməyə və faciənin nəticələrinin aradan qaldırılmasına yardım etməyə hazır olduğunu bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri