21 
Yan
2019
08:37
83
507
8171
Virtual karabakh

İsrail qırıcıları Dəməşqi bombalayıb - YENİLƏNİB

21 Yan, 2019
08:37
8171

İsrail qırıcıları Dəməşqi bombalayıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrail müdafiə qüvvələri yenidən Suriyaya zərbələr endirib. Raket hücumlarının hədəfi Suriya ordusuna dəstək olan İranın “Əl-Qüds”  bölmələri olub.

Oxu.Az xəbər verir ki, bu barədə İsrail müdafiə qüvvələrin “Twitter” hesabında məlumat yayılıb.

İtkilər və dağıntılar barədə məlumat verilmir.

“Biz Suriya silahlı qüvvələrini İsrail hərbçilərinə və ərazilərinə zərər vurmaq cəhdlərindən daşınmaya çağırırıq”, - deyə postda qeyd olunur.

Suriyanın “Al-İkhbaria” telekanalı isə Suriya Hava Hücumundan Müdafiə qüvvələrinin Dəməşq üzərində onlarla raketi zərərsizləşdirdiyini açıqlayıb. Bundan əvvəl yanvarın 12-də hava hücumları qeydə alınmışdı.

20.01.2019, 19:19

İsrail Hərbi-Hava Qüvvələrinə məxsus F-16 qırıcıları Dəməşq beynəlxalq hava limanına hücum edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, Suriya Hava Hücumundan Müdafiə kompleksləri hücumu dəf edib.

Bildirilir ki, aeroporta atılan yeddi raket “Pansir” və “Buk” komplekslərinin köməyilə zərərsizləşdirilib.

Hava limanının infrastrukturu zərər görməyib, tələfat və dağıntı yoxdur.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri