21 
Yan
2019
09:08
3
312
3877
Virtual karabakh

Pakistanda polis günahsız ailəni güllələdi

21 Yan, 2019
09:08
3877

Pakistanda polis günahsız ailəni güllələdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pakistan hakimiyyəti günahsız ailənin soyuqqanlı şəkildə öldürülməsindən sonra terrorla mübarizə idarəsinin onlarla əməkdaşını həbs edib.

Oxu.Az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

İnsident yanvarın 19-da, axşam saatlarında baş verib. Polis əməkdaşları maşını saxlayaraq, içində olan dörd nəfəri gülləbaran edib. Qurbanlar yerli ərzaq mağazasının sahibi, onun həyat yoldaşı, 13 yaşlı qızı və ailənin sükan arxasında olan dostu olub.

Asayiş keşikçiləri əmin edirlər ki, onlar avtomobili baxış üçün saxladıqları vaxt içində olan “üsyançılar” onlara atəş açıb və onlar təlimat əsasında hərəkət edərək cavab atəşi açıblar. Onlar sürücünün, əslində, terrorçu olduğunu və ailə üzvlərindən canlı sipər qismində istifadə etdiyini bildirir.

Ailə üzvləri və şahidlər isə tam fərqli ifadələr verir. Onların sözlərinə görə, polis avtomobili dayandırmaq üçün maşını arxadan vurub. Sonradan içində olan insanları soyuqqanlı şəkildə qətlə yetirib. Atəş açmazdan əvvəl avtomobildə olan digər üç azyaşlını kənarlaşdırıblar.

İstintaq zamanı hadisə yerindən “terrorçulara” aid heç bir silah aşkarlanmayıb və insidentlə əlaqədar terrorla mübarizə idarəsinin 16 əməkdaşı həbs olunub.

Hadisənin ictimailəşməsindən sonra Lahor şəhərində kütləvi etiraz dalğası başlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri