22 
Yan
2019
10:53
209
67
7520
Virtual karabakh

Türkiyədə su altında qalan məscidin minarəsi göründü - VİDEO

22 Yan, 2019
10:53
7520

Türkiyədə su altında qalan məscidin minarəsi göründü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Sivas bölgəsinin Hafik rayonunda Pusat-Özən bəndindəki suyun səviyyəsinin enməsi ilə su altında qalan qədim yaşayış yerindəki məscidin minarəsi görünüb. 

Oxu.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, məscid 2009-cu ildə bəndin tikilməsi zamanı su altında qalmışdı.

Həmin vaxt yaşayış məntəqəsi beş kilometr uzaqlıqdakı əraziyə köçürülmüşdü. 

Minarənin su üzünə çıxması 1,5 metr qara tamaşa etməyə gələn qonaqların da diqqətini çəkib. Hazırda bəndin suyunun üzərini 20 santimetr qalınlığında buz qatı tutub.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri