22 
Yan
2019
15:40
47
229
11240
Virtual karabakh

Rusiyada silahlı şəxs sərnişin təyyarəsini ələ keçirib - YENİLƏNİB + FOTO

22 Yan, 2019
15:40
11240

Rusiyada silahlı şəxs sərnişin təyyarəsini ələ keçirib - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Surqut-Moskva reysinin istiqamətini Əfqanıstana doğru dəyişmək istəyən sərnişin saxlanılıb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “Ren” TV məlumat yayıb.

Qeyd edilib ki, hadisəni törədən şəxs güclü spirtli içkinin təsiri altında olub. 

15:32

Rusiyada silahlı şəxs tərəfindən qaçırılan təyyarə Xantı-Mansi aeroportunda təcili eniş edib. 

Oxu.Az “Ren” TV-yə istinadən xəbər verir ki, hadisə yerinə dərhal Xantı-Mansi Muxtar Dairəsinin qubernatorunun müavini Aleksey Zabozlayev gəlib.

Bölgənin fövqəladə xidmətindən verilən məlumata görə, təyyarəni qaçıran şəxs 1978-ci il təvəllüdlü Pavel adlı şəxsdir.

15:21

Surqut-Moskva reysi ilə uçan təyyarə silahlı şəxs tərəfindən ələ keçirilib. 

Oxu.Az “Ren” TV-yə istinadən xəbər verir ki, bununla bağlı avia-dispetçer xidmətindəki mənbə məlumat verib. 

Onun sözlərinə görə, silahlı şəxs təyyarənin Əfqanıstana doğru uçmasını tələb edib. 

Bildirilib ki, həmin şəxs narkotik, oğurluq və xuliqanlıq maddələri ilə əvvəllər məhkum edilib.

Təyyarədə yeddi ekipaj üzvü və 69 sərnişin var.  

Təyyarə Rusiya Xantı-Mansi Muxtar Dairəsi yaxınlığında yüksəkliyini azaldıb. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri