23 
Yan
2019
12:59
18
229
1951
Virtual karabakh

Daha iki gürcüstanlı “donuz qripi”ndən öldü

23 Yan, 2019
12:59
1951

Daha iki gürcüstanlı “donuz qripi”ndən öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəsmi məlumatlara görə, Gürcüstanın Acarıstan bölgəsində H1N1 virusunun ağırlaşmasından altı nəfər ölüb.

Oxu.Az “Sputnik Georgia”ya istinadən xəbər verir ki, Acarıstanın iki sakini – 48 yaşlı qadın və 33 yaşlı kişi H1N1 virusunun və ya “donuz qripi”nin ağırlaşmasından dünyasını dəyişib.

Qadın yanvarın 12-dən xəstəxanada müalicə olunurdu.

33 yaşlı kişi isə əvvəlcə yüksək hərarətlə yerli klinikaya, daha sonra isə Batumi referal xəstəxanasına yerləşdirilib. Xəstənin müalicəsindən narazı qalan ailəsi onu Türkiyəyə, Trabzon şəhərinin klinikasına aparmaq qərarını alıb. Lakin türkiyəli həkimlər də onun həyatını xilas edə bilməyiblər.

Rəsmi məlumatlara əsasən, bu ana qədər Gürcüstanda H1N1 virusundan ölənlərin sayı artıq 21 nəfərə çatıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri