23 
Yan
2019
15:01
14
61
2868
Virtual karabakh

Təyyarəni ələ keçirən rusiyalı müayinədən keçəcək - FOTO

23 Yan, 2019
15:01
2868

Təyyarəni ələ keçirən rusiyalı müayinədən keçəcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Surqut-Moskva hava reysi ilə uçan sərnişin təyyarəsini qaçırmaqda ittiham olunan Pavel Şapovalovun anlaqlı və ya anlaqsız olduğunu müəyyən etmək üçün psixoloji-psixiatrik ekspert müayinəsi təyin olunub.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, tibbi-ekspert müayinəsi zamanı 41 yaşlı Şapovalovun qanında alkoqol və ya narkotik-psixotrop maddə aşkarlanmayıb.

“Bununla belə, onun təyyarədəki davranışının qeyri-adekvat olmasını və törətdiyi cinayətin ağırlıq dərəcəsini nəzərə alaraq, təqsiriləndirilən şəxs üçün psixoloji-psixiatrik eskpert müayinəsi təyin olunub”, - deyə komitənin bəyanatında deyilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri