23 
Yan
2019
14:44
196
24
1874
Virtual karabakh

Ermənistanın dövlət borcu 148 milyon dollar artıb

23 Yan, 2019
14:44
1874

Ermənistanın dövlət borcu 148 milyon dollar artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın dövlət borcu 2017-ci il dekabrın 31-də 3 trilyon 276 milyard 600 milyon dram (6 mlrd. 756 mln. 570 min dollar) olub, 2018-ci ilin dekabrında bu rəqəm 3 trilyon 349 milyard dram (6 mlrd. 922 mln. 900 min dollar) təşkil edib. 

Oxu.Az News.am portalına istinadən xəbər verir ki, bu məlumat Ermənistan Maliyyə Nazirliyinin hesabatında yerləşdirilib. 

Bildirilib ki, bir il ərzində Ermənistanın dövlət borcu 2,1 faiz, yəni 69 mlrd. 400 milyon dram və ya 148 mln. 300 min dollar artıb. 

Sənədə əsasən, 2020 və 2025-ci illər dövlət borcunun geri qaytarılması baxımından ən çətin dövr olacaq. Ermənistan 2020-ci ildə 800 mln. dollardan, 2025-ci ildə isə 750 mln. dollardan çox borcunu bağlamalı olacaq. 

Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə dövlət borcundan 300 mln. dollardan çox maliyyə ödəniləcək. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri