23 
Yan
2019
15:27
10
104
1989
Virtual karabakh

Bolqarıstanda qrip epidemiyası

23 Yan, 2019
15:27
1989

Bolqarıstanda qrip epidemiyası

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bolqarıstan ərazisinin yarısında qrip epidemiyası elan olunub.

Oxu.Az xəbər verir ki, Bolqarıstanın 14 bölgəsində xəstələrin sayının çox olması səbəbindən bu qərara gəlinib.

Bu və növbəti həftə ərzində epidemiyanın ən yüksək həddinə çatması gözlənilir: artıq altı nəfər ölüb ki, onlardan biri beş yaşlı uşaqdır.

Bu gündən etibarən Bolqarıstanın Xaskovsk əyalətində epidemiya elan olunub. Məktəblərdə dərslər yanvarın 28-dək təxirə salınıb.

Burqas şəhərində epidemiya bu həftə üç nəfərin ölümünə səbəb olub. Onların hər üçü yaşlı insanlar olub və müxtəlif xroniki xəstəliklərdən əziyyət çəkiblər. Həmçinin, onlar şəhər tibb müəssisələrinə gec çatdırılıblar.

Pomoriye şəhərində də 39 yaşlı xəstənin ölüm halı qeydə alınıb. O da digərləri kimi, Burqas xəstəxanasına gec çatdırılıb və onun həyatını xilas etmək mümkün olmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri