24 
Yan
2019
10:55
399
145
16468
Virtual karabakh

Venesuelada çevriliş: ölən və yaralılar var - YENİLƏNİB + FOTO/VİDEO

24 Yan, 2019
10:55
16468

Venesuelada çevriliş: ölən və yaralılar var - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Karakasın mərkəzi rayonlarından birində etirazçılarla polis qüvvələri arasında güclü toqquşmalar başlayıb, partlayış səsləri eşidilir.

Oxu.Az xəbər verir ki, bu barədə TVV telekanalının “Twitter” səhifəsində çıxan məlumatda deyilir.

Yerli KİV-lər polisin etirazçıları dağıtmaq üçün səsli qumbaralar və gözyaşardıcı qazdan istifadə etdiyini bildirir. Petara rayonu qızğın “döyüş meydanına” çevrilib.

00:59

Venesuelada prezident Nikolas Maduroya qarşı etiraz aksiyaları zamanı ölənlərin sayı altıya çatıb.

Oxu.Az xəbər verir ki, iki nəfər San-Kristobal şəhərində keçirilən aksiyalarda ölüb.

Daha dörd nəfər Barinas ştatında baş tutan mitinqdə ölüb. Aksiyalar zamanı 30-dək adam yaralanıb.

Bildirilir ki, artıq bəzi Latın Amerika ölkələri müxalifət lideri Xuan Quaydonu Venesuela prezidenti kimi tanıyıb. Bunlar Çili, Paraqvay, Kolumbiya, Peru və Braziliyadır.

Nikolas Maduro isə ölkəsinin ABŞ-la diplomatik əlaqələri kəsdiyini bəyan edib. O, amerikalı diplomatlara Venesuelanı tərk etmək üçün 72 saat vaxt verib.

22.54

Venesuela parlamentinin spikeri, müxalifət lideri Xuan Quaydo prezident səlahiyyətlərini üzərinə götürdüyünü elan edərək and içib. 

Oxu.Az xəbər verir ki, Karakasda izdihamlı mitinq davam edir. 

İnsanlar prezident Nikolas Maduronu istefaya çağırır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bəyanat verərək Xuan Quaydonu qanuni prezident kimi tanıyıb. O, Venesuela xalqına qarşı istənilən təhdidlərə görə Maduro rejimini məsuliyyətə cəlb edəcəyini bildirib. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri