24 
Yan
2019
09:09
197
54
8762
Virtual karabakh

Maduro ABŞ-a 72 saat vaxt verdi

24 Yan, 2019
09:09
8762

Maduro ABŞ-a 72 saat vaxt verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Venesuela prezidenti Nikolas Maduro amerikalı diplomatların ölkəni tərk etməsinə 72 saat vaxt verib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Maduro öz “Twitter” səhifəsində yazıb.

“Vətənimizi marionetə və vassal dövlətə çevirməyə çalışan imperialistlərin arsızlığının ən son həddini gördüm və ABŞ-ın bütün səfirlik və konsulluq əməkdaşlarının ölkəni tərk etmələrinə 72 saat vaxt verdim. Venesuelaya sayğı göstərmək lazımdır”, - deyə o bildirib.

Venesuela lideri Vaşinqtonla diplomatik əlaqələri kəsdiyini elan edib. Maduronun belə sərt reaksiyasına səbəb ABŞ prezidenti Donald Trampın Venesuela parlamentinin müxalifətçi sədri Xuan Quaidonu ölkənin yeni lideri olaraq tanıması ilə bağlı verdiyi bəyanat olub.

Qeyd edək ki, müxalifətdən olan siyasətçi Xuan Quaido ötən gün özünü Venesuelanın müvəqqəti prezidenti elan edərək, andiçmədə iştirak edib. O “keçid hökuməti qurmağı və ölkədə ədalətli və dürüst seçkilər keçirməyi planlaşdırdığını” bəyan edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri