24 
Yan
2019
10:19
99
71
5742
Virtual karabakh

Çinli milyarder bəşəriyyətin ən ağır “xəstəliyindən” danışdı

24 Yan, 2019
10:19
5742

Çinli milyarder bəşəriyyətin ən ağır “xəstəliyindən” danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Alibaba” onlayn alış-veriş saytının təsisçisi, çinli milyarder Cek Ma İsveçrədə Davos İqtisadi Forumunda çıxış edib. Ma xərçəng şişindən daha qorxulu, müalicəsi olmayan xəstəlikdən söz açıb.

Oxu.Az-ın məlumatına görə, çinli milyarder şirkətdəki işçilərin hansı keyfiyyətlərinə üstünlük verməsi ilə bağlı aparıcının verdiyi sualı cavablandırıb.

“Mən özümdən ağıllı insanları işə götürürəm. Elə insanlar ki, dörd-beş ilə mənim rəhbərim ola bilərlər. Əgər siz axmaqsınızsa, bu xərçəng xəstəliyindəndə pisdir. Xərçəngi müalicə etmək olur. Amma siz axmaqsınızsa, sizi müalicə etmək mümkün olmayacaq”, - deyə Cek Ma bildirib.

“Alibaba” rəhbəri işəgötürmə zamanı insanların şəxsiyyətinə böyük önəm verdiyini və heç zaman təslim olmayan, düşdüyü çətin şəraitdən gileylənməyən nikbin xasiyyətli insanlara üstünlük verdiyini diqqətə çatdırıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri