31 
Yan
2019
11:27
146
63
4925
Virtual karabakh

ABŞ-da misli görülməmiş şaxtalar: ölənlər var - FOTO/VİDEO

31 Yan, 2019
11:27
4925

ABŞ-da misli görülməmiş şaxtalar: ölənlər var - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qütb qasırğası” ABŞ-ın mərkəzi-qərb bölgəsinin əksər ştatlarına kəskin şaxtalar gətirib.  Əlverişsiz hava şəraiti ilə əlaqədar, o cümlədən, donvurmadan 12 nəfərin həyatını itirdiyi bildirilir.

Oxu.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Çikaqo şəhərində havanın temperaturu Antarktidanın bəzi yerlərindən daha soyuqdur. Şəhərdə termometrlər mənfi 30 dərəcəni göstərir. Şimali Dakota ştatına isə mənfi 37 dərəcə qeydə alınıb.

Məlumata əsasən, artıq 250 milyon amerikalı şaxtanı hiss edib, 90 milyona yaxın insanın yaşadığı ştatlarda mənfi 17 dərəcəyə qədər temperatur qeydə alınıb.

Vinskonsin, Miçiqan, İllinoys və hətta nisbətən isti olan Alabama və Missisipi ştatlarında qar çovğunu ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

ABŞ-ın Milli Meteorologiya Xidməti sakinləri 10 dəqiqədən artıq açıq havada olmamağa və lazım gəlmədikcə evdən çıxmamağa çağırıb.

Çikaqo ştatında əlverişsiz hava şəraiti ilə əlaqədar 1500 hava reysi təxirə salınıb. Dəmiryolu nəqliyyatının böyük bir hissəsi iflic olub.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri