Fev
2019
22:50
53
413
7538
Virtual karabakh

ABŞ Türkiyəni ağır sanksiya ilə hədələdi

7 Fev, 2019
22:50
7538

ABŞ Türkiyəni ağır sanksiya ilə hədələdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ankara Rusiyanın S-400 zenit-raket komplekslərini almaqdan imtina etməsə, ABŞ Türkiyəyə “Patriot” zenit-raket komplekslərinin  satışı ilə bağlı təklifini geri götürə bilər.

Bu barədə “Hürriyet” yüksək çinli ABŞ rəsmisinə istinadən məlumat yayıb.

“Əgər S-400 komplekslərinin satışı prosesi davam etsə, biz Konqresdən icazə istəməyəcəyik və Türkiyəyə “Patriot” sistemlərini satmayacağıq. Türkiyənin S-400 komplekslərini alması bu ölkənin F-35 qırıcılarının proqramında iştirakını təhlükə altına qoyacaq və güman ki, CAATSA qanunumuza (İran, Şimali Koreya və Rusiyaya qarşı əlavə sanksiyaları nəzərdə tutan qanun - red.) uyğun olaraq sanksiyalara gətirib çıxaracaq. Bu bizi narahat edir”, - deyə o vurğulayıb.

Bir müddət öncə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bəyan edib ki, Ankara hətta ABŞ-dan “Patriot” sistemlərini alsa da, S-400 komplekslərinin tədarükündən imtina etməyəcək. O qeyd edib ki, bu məsələlər bir-biri ilə əlaqəli deyil .

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri