Fev
2019
22:21
60
389
11645
Virtual karabakh

Ukraynada efirdə Nəsirovun üstünə su tökdülər – VİDEO

8 Fev, 2019
22:21
11645

Ukraynada efirdə Nəsirovun üstünə su tökdülər – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın ZİC telekanalının canlı yayımında deputat Sergey Şaxov Dövlət Fiskal Xidmətinin sabiq rəhbəri, prezidentliyə namizəd Roman Nəsirova su atıb. 

Gordon” nəşrinin yazdığına görə, hadisə sosial ödənişlər və maaşlarla bağlı müzakirələrin aparıldığı verilişdə baş verib. 

Şaxov Nəsirova “Siz insanlara maaşlar, pensiyalar haqqında danışmısınız. Hansı hakimiyyətdə çalışmısınız?” deyə sual verib. Azərbaycanlı Nəsirov isə “yaxşı ki, soruşdunuz” deyə cavab verəndən sonra opponenti “Sizə sərinləmək lazımdır” deyərək masa üzərindəki su ilə dolu stəkanı götürüb və suyu Nəsirova tərəf atıb. 

Nəticədə Nəsirovdan çox veriliş aparıcısı və digər iştirakçılar islanıb. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri