Fev
2019
09:11
23
74
1842
Virtual karabakh

Tramp Kim Çen Inla görüş yerini açıqladı

9 Fev, 2019
09:11
1842

Tramp Kim Çen Inla görüş yerini açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında görüş Hanoy şəhərində keçiriləcək .

Bu haqda Ağ Ev rəhbəri öz “Twitter” səhifəsində açıqlama verib.

Onun sözlərinə görə,  KXDR-ə göndərdiyi nümayəndələr məhsuldar danışıqların yekunu olaraq ikinci ABŞ-Şimali Koreya sammitinin yeri və vaxtı ilə bağlı qarşı tərəflə razılığa gəlib.

“Prezident Kimlə görüşü və sülh prosesinin tərəqqisini səbirsizliklə  gözləyirəm”, - deyə Tramp yazıb.

Bundan əvvəl ABŞ KİV-də Donald Tramp və Kim Çen In arasında görüşün 27-28 fevral tarixlərində Vyetnamda keçiriləcəyi xəbəri yayılmışdı. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri