10 
Fev
2019
12:06
18
66
2797
Virtual karabakh

Tramp “fillər”in yeni kursunun irəliləyişini istehza ilə qəbul edib

10 Fev, 2019
12:06
2797

Tramp “fillər”in yeni kursunun irəliləyişini istehza ilə qəbul edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birləşmiş Ştatların prezidenti Donald Tramp demokratların ekoloji siyasətinin ölkə iqtisadiyyatına dağıdıcı təsir etdiyini bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün “Twitter”dəki səhifəsində yazıb.

Ağ Ev başçısı “fillər”in yeni kursunun irəliləyişinin əhəmiyyəti haqqında fikrini istehza ilə bildirib. Onun fikrincə, bu, yaxşı heç nəyə gətirib çıxarmayacaq.

“Əgər  başqa ölkələr bunu etməyəcəklərsə, karbon qazı tullantılarının bütün təyyarələri, maşınları, inəkləri, nefti, qazı və silahlı qüvvələri tamamilə məhv etməsi çox yaxşı olardı. Müvəffəqiyyətlər!”, - deyə Tramp “Twitter”də yazıb.

ABŞ-ın Demokratlar Partiyasının nümayəndələri bir neçə gün əvvəl parlamentin hər iki palatasında “Yaşıl yeni kurs” üzrə qanun layihəsini təqdim ediblər. Sənəd 2035-ci ilə qədər ölkənin energetikasının istilikxana qazlarının tullantısız yenilənməsinə tam keçidini təklif edir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri