11 
Fev
2019
23:52
39
267
2708
Virtual karabakh

Rusiya Xəzər yaxınlığında radiolokasiya bölüyü yerləşdirdi

Rusiya Müdafiə Nazirliyi Xəzər dənizi yaxınlığında “Kaspiy” radiolokasiya bölüyünü yerləşdirib.

İzvestiya” qəzetinin Rusiya Müdafiə Nazirliyinə istinadən yazdığına görə, “Kaspiy” bölüyü P-18RT radarları ilə komplektləşdirilib.

Bu cür radarlar istənilən hündürlükdə hədəfləri aşkar edə bilir, real vaxt rejimində təyyarələri və Hava Hücumundan Müdafiə sistemlərini hədəflərə yönləndirə bilir.

Rusiya Müdafiə Nazirliyindən bildiriblər ki, yeni texnika imkanlarına görə uzaq radiolokasiya axtarışı təyyarələrindən geri qalmır.

Bildirilir ki, “Kaspiy” bölüyü Dağıstan Respublikasının Kaspiysk şəhərində yerləşir və Rusiyanın Xəzər donanmasının infrastrukturunun, habelə Hava Hücumundan Müdafiə və gəmilərin Raket Hücumundan Müdafiənin əsas elementi sayılır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri