12 
Fev
2019
22:38
108
49
9715
Virtual karabakh

Müxalifətdən Maduroya gözlənilməz jest

12 Fev, 2019
22:38
9715

Müxalifətdən Maduroya gözlənilməz jest

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Venesuela müxalifəti fəaliyyətdə olan prezident Nikolas Maduronun gələcəkdə seçkilərdə namizədliyini irəli sürməsini qadağan etmək niyyətində deyil.

RİA “Novosti”nin məlumatına görə, bunu Romada səfərdə olan Venesuela parlamentinin spikeri Xuan Quaydonun nümayəndə heyətinin üzvləri bəyan ediblər.

Deputat Qabriel Qallonun sözlərinə görə, Maduro prezident qismində deyil, yalnız sıravi vətəndaş kimi öz namizədliyini sərbəst irəli sürə bilər.

Venesuela parlamentində hesab edirlər ki, Maduronun namizədliyinin irəli sürülməsi ilə bağlı qərarı Sosialist Partiyası qəbul etməlidir.

Q. Qallon həmçinin qeyd edib ki, Venesuelada heç kim bir diktaturanı digər diktatura ilə əvəzləmək niyyətində deyil. Onun sözlərinə görə, ölkədə demokratiya bərqərar olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri