15 
Fev
2019
22:20
80
111
5551
Virtual karabakh

Tramp fövqəladə vəziyyət rejimini tətbiq etdi - YENİLƏNİB

15 Fev, 2019
22:20
5551

Tramp fövqəladə vəziyyət rejimini tətbiq etdi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə fövqəladə vəziyyət rejimi haqqında sənəd imzalayıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə “Twitter”də Trampın mətbuat katibi Sara Sanders yazıb.

O bildirib ki, ABŞ prezidenti cənub sərhədində böhranla mübarizə məqsədilə fövqəladə vəziyyət haqqında rejimin tətbiqinə dair sənəd imzalayıb.

09.24

ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə divarın inşasına görə ölkədə fövqəladə vəziyyət elan etməyə hazırlaşır.

Bu barədə BBC məlumat yayıb.

Müvafiq sənədin imzalanması “şatdaun”un (maliyyələşmənin dayanması ilə əlaqədar federal  təşkilat və idarələrin fəaliyyətini müvəqqəti dayandırması – red.) qarşısını almağa imkan verəcək. Belə bir vəziyyətdə Trampın səlahiyyətləri artacaq və onun Meksika divarının tikintisinin maliyyələşməsi üçün Konqresin “yaşıl işıq” yandırmasına ehtiyacı olmayacaq.

Artıq Trampın bu planı aparıcı demokrat siyasətçilərin hiddətinə səbəb olub. Çoxları Ağ Ev rəhbərini “ifrat dərəcədə səlahiyyətdən istifadə etməkdə” və “qanunsuz addımlar atmaqda” ittiham edir.

Qeyd edək ki, Tramp hələ hakimiyyətə gəlməzdən əvvəl seçki platformasında Meksika ilə sərhəd divarının tikintisini prioritet elan etmişdi. Bununla belə, konqresdəki demokratlar onun tikintisinin tam olaraq maliyyələşdirilməsinə hər vəchlə mane olur.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri