15 
Fev
2019
13:08
24
183
4482
Virtual karabakh

Malayziyada timsah kişini qohumunun gözü qarşısında yedi

15 Fev, 2019
13:08
4482

Malayziyada timsah kişini qohumunun gözü qarşısında yedi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Malayziyada çaydan xərçəng yığan indoneziyalı kişi qardaşı oğlunun gözləri qarşısında timsahın şikarına çevrilib. Yırtıcı onu diri-diri yeyib.

Bu barədə “Daily Mail” məlumat yayıb.

İnsident fevralın 12-də İndoneziyanın Saravak ştatında baş verib. İndoneziyalı Mux Tahir Məcid Syam yoxa çıxdıqdan sonra 24 yaşlı qardaşı oğlu onun axtarışına yollanıb.

Gənc onun, adətən, ov etdiyi çayın sahilinə gəlincə suyun səthində gözünə 40 yaşlı əmisinin başı sataşıb və dərhal suda itib.

Mərhumun meyitini fevralın 13-də aşkarlayıblar. Cəsəd üzərində çoxsaylı diş izləri olub. Məhkəmə tibbi ekspertləri qurbanın timsah tərəfindən parçalandığını qət edib.

Malayziyanın Borneo, Sabah və Saravak ştatlarının çayları və çimərliklərində dəniz timsahlarına tez-tez rast gəlinir. Bu növ sürünənlərin uzunluğu yeddi metrə çatır və onlar ara-sıra insanlara hücum edirlər.

Sarakava ştatında belə insidentlərin qarşısını almaq üçün timsahlar  dövlət səviyyəsində ovlanır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri