15 
Fev
2019
13:23
62
78
2685
Virtual karabakh

Paris metrosunda “kislota” ilə hücum

15 Fev, 2019
13:23
2685

Paris metrosunda “kislota” ilə hücum

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paris şəhər metrosunda kimliyi açıqlanmayan şəxs turşu (kislota) ilə hücum həyata keçirib.

Bu barədə “France Info” məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində bir sərnişin ağır şəkildə yaralanıb. İnsident yerli vaxtla 08:00-da (Bakı vaxtı ilə 11:00-da) paytaxt metropoliteninin 1-ci xəttində qeydə alınıb. Cinayətkarın hadisə yerindən qaçdığı bildirilir.

Xəstəxanaya çatdırılmış zərərçəkən reanimasiyada ölümcül vəziyyətdədir. Hücumun motivləri haqqında hələlik məlumat verilmir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri