15 
Fev
2019
14:53
97
26
1972
Virtual karabakh

“Facebook”u milyardlarla dollar cərimə gözləyir - İş məhkəməyə gedə bilər

15 Fev, 2019
14:53
1972

“Facebook”u milyardlarla dollar cərimə gözləyir - İş məhkəməyə gedə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Federal Ticarət Komissiyası sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatlarının sızmasına görə çoxmilyardlı cərimə ilə bağlı “Facebook”la danışıqlar aparır.

Bu barədə “Washington Post” iki məlumatlı mənbəyə istinadən xəbər yayıb.

Nəşrin məlumatına əsasən, tərəflər son məbləğin müzakirəsini aparır. Danışıqlar daşa dirənsə, Ticarət Komissiyası işi məhkəməyə aparacaq.

Bu, Ticarət Komissiyasının indiyə kimi hər hansı texnologiya şirkətinə kəsdiyi ən iri məbləğli cəriməyə çevrilə bilər. Nəşrin məlumatına əsasən, bundan əvvəl ən iri məbləğdə cəriməni “Google” şirkəti 2012-ci ildə ödəyib - 22,5 milyon dollar.  

“Facebook” şirkətinin rəsmisi danışıqlarda iştirak etdiklərini təsdiqləsə də, təfərrüata varmaqdan imtina edib.

Xatırladaq ki, Federal Ticarət Komissiyası 2018-ci ilin mart ayında  87 milyona yaxın sosial şəbəkə istifadəçisinin şəxsi məlumatlarının Donald Trampın seçki kampaniyası ilə əməkdaşlıq etmiş “Cambridge Analytica” analitik şikətinə ötürülməsi ilə əlaqədar “Facebook”a qarşı istintaqa başlamışdı.

Şirkət həmin məlumatlar əsasında seçicilərin siyasi seçimlərini araşdırıb və onlara öz maraq dairələrində olan reklamları göstərib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri