15 
Fev
2019
16:51
82
141
3332
Virtual karabakh

Lukaşenko: Putinlə biz sabah da birləşə bilərik - VİDEO

15 Fev, 2019
16:51
3332

Lukaşenko: Putinlə biz sabah da birləşə bilərik - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya və Belarusun inteqrasiyasının nə dərəcədə ciddi olmalı olduğuna hər iki ölkənin vətəndaşları qərar verməlidir. 

Bunu Belarus lideri Aleksandr Lukaşenko Soçidə rusiyalı həmkarı ilə apardığı danışıqlardan sonra bildirib.

Onun cavabının videoyazısı “Pul N3” “Telegram” kanalında dərc olunub.

“Birləşməyə, səylərimizin, dövlətlərimizin və xalqlarımızın birləşdirilməsində daha da irəli getməyə siz nə qədər hazırsınızsa, biz də o qədər hazırıq”, - deyə Lukaşenko vurğulayıb.

“Biz istəsək, sabah da birləşə bilərik, bizim üçün problem yoxdur”, - deyə yanında dayanan Putinə işarə edib.

Lukaşenko vurğulayıb ki, hansısa tərəfin suverenliyini müzakirə etmək fikrində deyil: “Rusiya və Belarusun suverenliyi bir ikonadır (xristianlıqda övliyaların şəkli – red.), müqəddəsdir”.

Liderlər danışıqlar zamanı ikitərəfli münasibətlərdə ən mübahisəli mövzu olan Rusiyanın neftlə bağlı vergi manevrinə toxunmayıb.

Moskva və Minsk arasında neft-qazla bağlı ixtilaf ötən ilin dekabr ayında meydana gəlib. Həmin vaxt Lukaşenko Rusiyanın qəbul etməyə hazırlaşdığı vergi manevrini inteqrasiya prosesini pozma cəhdi kimi qiymətləndirmişdi: manevrə əsasən, Belarusa nəql olunan neft Avropa tarifləri əsasında satılacaq. Dekabr ayında keçirilən danışıqlarda tərəflər konsensusa gələ bilməmişdi və İşçi qrupunun yaradılmasına qərar vermişdi.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri