16 
Fev
2019
10:26
83
158
3004
Virtual karabakh

İsrail gəmiləri “kamikadze dron”larla təchiz olunur - VİDEO

16 Fev, 2019
10:26
3004

İsrail gəmiləri “kamikadze dron”larla təchiz olunur - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrail baş naziri Benyamin Netanyahunun Hayfadakı hərbi-dəniz bazasına səfəri zaman “Saar-4,5” tipli raket katerinin göyərtəsində “IAI Green Dragon” kamikadze dronu kameraya düşüb.

Bu haqda “LiveJournal” istifadəçisinin bloqunda məlumat verilib.

Sözügedən dron PUA ilə qanadlı raketin hibridi sayılır.

15 kq çəkisi olan dron 3 kiloqramlıq başlığı daşıyır və hədəfin üzərində 90 dəqiqə patrul aparmaqla onu 40-50 km radiusunda dəf edə bilir. Buraxılışdan sonra qurğunun aparatı 1,5-2 saat ərzində 40 km məsafədə hədəfi axtarıb tapa bilir. Hədəf nişana keçdikdən sonra ona yaxınlaşaraq, partlayış həyata keçirir. Hədəfi vurma dəqiqliyi 1 metrə bərabərdir.

Sistem tapşırığın ləğv edilməsi funksiyası ilə da təchiz olub. Bu funksiyada məqsəd zərbənin endiriləcəyi yaxın çevrədə ola biləcək mülki əhaliyə və ya silahdan istifadə edən qüvvələrə aid hərbçilərə zərərin qarşısını almaqdır.

Dron onu kompakt pultun köməkliyi ilə manual rejimdə idarəetməyə imkan verən telemetriya ilə təchiz olunub. HMMWV avtomobilinin kuzovuna 16 Green Dragon buraxılış qurğusunu yerləşdirmək olar. Bundan başqa “Green Dragon”u müxtəlif sinifdən (patrul katerlərindən tutumuş iri döyüş gəmilərinə kimi) olan gəmilərə quraşdırmaq olar.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri