16 
Fev
2019
10:39
16
103
4254
yuxarı
Lavrov onu izləyən “böyük qardaş”dan şikayətləndi
16 Fev, 2019
10:39
4254
16
103
Lavrov onu izləyən “böyük qardaş”dan şikayətləndi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov alman həmkarı Hayko Maasın onu diqqətlə izləməsi ilə bağlı zarafat edib.
Bu haqda Lenta.ru məlumat yayıb.
İnsident Lavrovun Niderlandın XİN rəhbəri Stefa Blokla Münhenin “Bayerischer Hof” mehmanxanasında keçirdiyi görüş zamanı baş verib.
Bunun onun Münhen Təhüləsizlik Konfransı çərçivəsində keçirdiyi ilk görüş olduğunu deyən S.Blok haşiyəyə çıxaraq ekranların birində alman həmkarı H.Maasın çıxışının canlı yayımlandığına diqqət çəkib.
Bu əsnada Lavrov görkəmli yazıçı Corc Oruelin “1984” romanından məşhur ifadəni işlədərək, “Bəli, böyük qardaş izləyir”, - deyə zarafat edib.
Onun bu replikasından dərhal sonra televizoru söndürüblər.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Dünya xəbərləri
25 
Apr
2024
06:46
Yaz-yay mövsümünün əsas tendensiyaları hansılardır? - Stilistdən AÇIQLAMA
11
50
1133
25 
Apr
2024
04:41
Rusiyada qadın xəstə itini maşının arxasına bağlayıb yolboyu sürüdü - VİDEO
8
279
1248