22 
Fev
2019
01:01
154
63
7543
Virtual karabakh

Putinin iqamətgahına avtobus çırpıldı - FOTO

22 Fev, 2019
01:01
7543

Putinin iqamətgahına avtobus çırpıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

 Fevralın 21-də, səhər saatlarında Rusiya prezidenti Vladimir Putinin rəsmi iqamətgahı -Mayendorf malikanəsinin yerləşdiyi Barvixa qəsəbəsində avtobus qəzası baş verib.

Bu barədə Rosbalt xəbər yayıb.

23 yaşlı Çeçenistan vətəndaşının idarə etdiyi marşrut avtobusunun əyləc sistemində problem yaranıb və avtobus qəsrin darvazasına çırpılıb. 

 Dərhal xüsusi silahlandırılmış mühafizə dəstəsi tərəfindən mühasirəyə alınan sürücü yazılı ifadə verib. Araşdırmalardan sonra, adının İdris olduğu bildirilən sürücü evə buraxılıb. Hadisə zamanı avtobus boş olub.

Mayendorf malikanəsi Rusiya prezidentinin İşlər İdarəsinin balansındadır. Malikanədə rəsmi görüşlər keçirilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri