22 
Fev
2019
11:16
137
53
1894
Virtual karabakh

Maduro Braziliya ilə sərhədi bağlayır

22 Fev, 2019
11:16
1894

Maduro Braziliya ilə sərhədi bağlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Venesuela hökuməti Braziliya ilə quru sərhədini bağlayıb.

TASS-ın məlumatına görə, bu barədə ölkə prezidenti Nikolas Maduro bəyanatla çıxış edib.

“Fevralın 21-də 20:00-dan başlayaraq (Bakı vaxtı ilə 04:00, cümə) Braziliya ilə quru sərhədi tamamilə bağlanacaq”, - deyə Maduro “Periscope”da canlı yayımında bildirib.

Onun sözlərinə görə, bu, ölkənin təhlükəsizliyi məqsədilə görülmüş qabaqlayıcı tədbirdir.

Bundan əvvəl Braziliya prezidentinin mətbuat katibi Otaviu Santana du Requ Barrus humanitar yardımın Venesuela sərhədinə çatdırılması ilə bağlı xüsusi qrupun yaradılacağını elan etmişdi.

Maduro beynəlxalq humanitar yardımın ötürülməsi ilə bağlı təşəbbüsü “pis və ucuz oliqarxiya şousu” kimi təqdim edib və həmvətənlərini ondan qaçmağa çağırıb.

Ötən həftə Maduro ABŞ-dan göndərilən humanitar yardımın zəhərli olduğunu söyləmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri