22 
Fev
2019
15:20
170
41
8567
Virtual karabakh

Nigeriyada içi pulla dolu təyyarə havaya qalxa bilmədi - VİDEO

22 Fev, 2019
15:20
8567

Nigeriyada içi pulla dolu təyyarə havaya qalxa bilmədi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nigeriyada kisələrlə nağd pulun daşındığı təyyarə havaya qalxa bilməyib.

Bu barədə Lenta.ru məlumat yayıb.

Hadisənin görüntüsünü nigeriyalı naşir və jurnalist Dele Momodu öz “Instagram” səhifəsində paylaşıb.

Videoçarxda təyyarənin quyruq hissəsinin ağır çəkiyə tab gətirə bilməyərək, yerə toxunduğunu görmək olur.

Qısa zamanda aeroportun işçiləri əraziyə axışaraq, problemi aradan qaldırmağa çalışıb.

“Sanki bir Nigeriya kinosudur. Pul kisələri ilə həddindən artıq doldurulduqdan sonra təyyarənin arxa hissəsi yerə oturub... Gözlərimə inana bilmirəm”, - deyə Momodu yazıb.

Pulun məbləği və hara daşındığı barədə məlumat verilmir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri