25 
Fev
2019
10:27
16
339
7094
Virtual karabakh

Amerikalı aktyor “Oskar”a qadın paltarında gəldi - FOTO

25 Fev, 2019
10:27
7094

Amerikalı aktyor “Oskar”a qadın paltarında gəldi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış amerikalı aktyor Billi Porter “Oskar” mükafatlandırma mərasiminə donda gəlib.

Bu barədə “The Hollywood Reporter” məlumat yayıb.

Qara məxmər donu aktyor üçün xüsusi olaraq dizayner Kristian Siriano (Christian Siriano) tikib. Porter bu ekstravaqant obrazını qısa kişi pencəyini xatırladan qara bolero ilə tamamlayıb.

49 yaşlı Hollivud ulduzu mərasimdə həyat yoldaşı Adam Porter-Smitlə iştirak edib. Porter cinsi azlıqların hüquqlarının müdafiəsi üzrə fəallardandır. O, fevralın əvvəlində “LGBT” üzvlərinin marginallaşdırılmasına etiraz olaraq Calvin Klein brendindən olan qadın paltarı geyinmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri