Mar
2019
23:37
101
234
2792
Virtual karabakh

Quaydo Venesuelada hakimiyyəti devirməyə çağırdı

8 Mar, 2019
23:37
2792

Quaydo Venesuelada hakimiyyəti devirməyə çağırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Venesuela müxalifətinin lideri Xuan Quaydo ölkənin 23 ştatından 21-nə elektrik enerjisinin verilişinin dayandırılmasında hökuməti ittiham edərək, xalqı hakimiyyəti devirməyə çağırıb.  

TASS-ın məlumatına görə, X.Quaydo paytaxt Karakasda mitinqdə çıxışı zamanı elektrik enerjisinin verilişində yaranan problemlərə görə məsuliyyəti hakimiyyətin üzərinə qoyub. Onun sözlərinə görə, bunun nəticəsində ölkə xəstəxanalarında xeyli insan həyatını itirib.  

X.Quaydo qeyd edib ki, ölkənin energetik sisteminin bərbad vəziyyətdə olması kollapsın yaranmasına səbəb olub. 

Qeyd edək ki, ötən gün Venesuelanın 23 ştatından 21-nə elektrik enerjisinin verilişi dayandırılıb.

Rəsmi qurumların bəyanatına əsasən, insidentə səbəb ölkənin ən böyük su elektrik stansiyasında törədilən təxribat olub. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri