12 
Mar
2019
11:00
210
65
4252
Virtual karabakh

Rusiya Qərbə uduzur - RƏY

12 Mar, 2019
11:00
4252

Rusiya Qərbə uduzur - RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müasir Rusiya Sovet İttifaqının süqutundan bəri qalan radioelektron mübarizə vasitələrini aktiv şəkildə səfərbər edir, ancaq yaxın zamanda bu vasitələr də tükənəcək.

Lenta.ru-nun məlumatına görə, bunu İsveçin Müdafiə Tədqiqatları İnstitutunun analitiki Yonas Kyellen bildirib.

Ekspert hesab edir ki, Moskvanın son 10 il ərzində soyuq müharibə dövründə aktual olmuş ucuz və əlçatan vasitələrdən intensiv şəkildə istifadə etməsi onun “Qərbin hərbi texnoloji tərəqqisi” ilə ayaqlaşa bilməməsi ilə izah olunur.

“Böyük ehtimalla, Rusiya bundan sonra da tutduğu yola davam edəcək, ancaq yəqin ki, son 10 ildəki templəri artıq müşahidə etməyəcəyik. Onlar elektronikanı “boğmaq”dan savayı, onun məhv edilməsi üzərində işləyirlər.

Radioelektron mübarizə rusların ənənəvi silahlardakı nöqsanları aradan qaldırmasına kömək edir. Beləcə, onlar məğlub mövqedə ola-ola ən qüdrətli hərbi dövlətə çevrilməyə can atırlar”, -deyə Kyellen bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri