14 
Mar
2019
15:28
324
20
5304
Virtual karabakh

Qadın paltarı geyinmiş makiyajlı İŞİD-çilər ələ keçdilər - VİDEO

14 Mar, 2019
15:28
5304

Qadın paltarı geyinmiş makiyajlı İŞİD-çilər ələ keçdilər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkədə İŞİD qruplaşmasına aid döyüşçülərin qurtulmaq üçün qadın cildinə girdiyini əks etdirən görüntü yayılıb.

Videogörüntünü Belçikadan olan müstəqil jurnalist Sotiri Dimpinudi “Twitter” səhifəsində paylaşıb.

Kadrlarda saxlanılan makiyajlı kişilərin qadın paltarı və üzərindən çarşab geyindiyini görmək olur.

Müəllifin dediyinə görə, terrorçular Fərat vadisində İŞİD-in nəzarətində olan sonuncu şəhər - Baquzadan qaçan zaman kürd döyüşçülər tərəfindən yaxalanıb.

Adıçəkilən şəhərdə “Suriya demokratik qüvvələri” əməliyyat keçirir. “SDQ”nin mətbuat katibi Mustafa Bali terrorçuların kütləvi şəkildə geri çəkildiyini, bir neçə gün ərzində üç mindən çox İŞİD-çinin silahlarını yerə qoyduğunu söyləyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri