15 
Mar
2019
12:41
168
17
3012
Virtual karabakh

“Boeing” “737 Max” təyyarəsinin tədarükünü dayandırdı

15 Mar, 2019
12:41
3012

“Boeing” “737 Max” təyyarəsinin tədarükünü dayandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Boeing” şirkəti “737 Max” modelindən olan sərnişin təyyarələrinin istehsalını davam etdirir. Bununla belə, onların tədarükünü müvəqqəti olaraq dayandırmaq qərarına gəlib.

Bu barədə TASS-a şirkətin rəsmi nümayəndəsi açıqlama verib.

“737 Max” təyyarələri ilə uçuşların müvəqqəti olaraq dayandırılması ilə əlaqədar “737 Max” modelinin tədarükünü dayandırırıq”, - deyə “Boeing” nümayəndəsi bildirib.

Tədarükün nə vaxt bərpa olunacağını açıqlamasa da, qeyd olunan təyyarələrin istehsalının davam etdiyini vurğulayıb.

Bundan əvvəl Avropa İttifaqı, Rusiya, Türkiyə və digər ölkələr Efiopiyada baş verən aviaqəza ilə əlaqədar “Boeing 737 Max 8” hava laynerlərinin istismarına qadağa qoyub.

Xatırladaq ki, martın 10-da Efiopiyada baş verən faciə 157 nəfərin həyatına son qoymuşdu.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri