16 
Mar
2019
09:59
199
38
4726
Virtual karabakh

Şimali koreyalılar inqilaba hazırlaşır?

16 Mar, 2019
09:59
4726

Şimali koreyalılar inqilaba hazırlaşır?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şimali Koreyada  iqtidarla mübarizə aparan “Cheollima Civil Defense” adlı gizli təşkilat fəaliyət göstərir. Bu təşkilat eyni zamanda “Free Joseon” adı ilə tanınır.

Bu haqda Washington Post məlumatlı mənbəyə istinadən informasiya yayıb.

Mənbənin iddiasına görə, gizli təşkilatın başçılca məqsədi Kim Çen In və onun qurduğu diktatura rejimini devirməkdir. Mart ayında qrup müraciət yayaraq, ölkədə və ya ölkə xaricində yaşayan koreyalıları istənilən vasitə ilə In hakimiyyətinə qarşı mübarizə aparmağa çağırıb.

Təşkilat üzvləri artıq müvəqqəti hökumət də formalaşdırıb; Pxenyanda mərkəzləşən rejimin devrilməsindən sonra hakimiyyətə gələcək.

“Cheollima” təşkilatının fəalları artıq bir müddətdir ki, aktiv fəalliyyətə keçib. Fevralın 22-də təşkilatın üzvləri KXDR-in Madriddəki səfirliyinə hücum etmişdi. Onlar binaya daxil olaraq əməkdaşların əllərini bağlamış, texnikanı, o cümlədən kompüterləri talan etmiş, iki maşında aradan çıxmışdılar.

İspaniya mediası hücumun arxasında ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin dayandığını yazırdı.

Ancaq nəşrin mənbəsi qrupun fəaliyyətinin Birləşmiş Ştatlar məxfi orqanı ilə əlaqələndirilmədiyini əmin edir. Üstəlik o bildirir ki, Vaşinqton qarşıda gözlənilən Kim Çen In - Tramp sammitinin alt-üst olmasında maraqlı deyildi, ona görə belə bir məxfi əməliyyat təşkil etmək ona heç bir fayda verməzdi.

Nəşrin yazdığına görə, səfirliyə hücum zamanı talançılar telefonlar və kompüterlərdə olan bir sıra strateji əhəmiyyətli məlumatları əldə edib. Orada KXDR-in sanskiyalardan yan keçərək, Avropaya qiymətli əşyalar idxal etməsi ilə bağlı sxemin mövcudluğunu təsdiq edən sənədlərin olduğu güman edilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri