16 
Mar
2019
23:54
517
42
12572
Virtual karabakh

Ərdoğandan Yeni Zelandiyadan olan terrorçu ilə bağlı açıqlama

16 Mar, 2019
23:54
12572

Ərdoğandan Yeni Zelandiyadan olan terrorçu ilə bağlı açıqlama

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyada məscidə hücumda şübhəli bilinən Brenton Tarrantın iki dəfə Türkiyəyə səfər etdiyini bildirib.

Anadolu”nun məlumatına görə, o bildirib ki, Tarrantın ilk səfəri üç gün, ikinci səfəri isə 40 gün davam edib.

Ərdoğan hazırda həmin şəxsin Türkiyədəki əlaqələrinin müəyyən edilməsi məqsədi ilə araşdırma aparıldığını deyib.

“Lakin biz istəyirik ki, Yeni Zelandiya da Tarrantı məsuliyyətə cəlb etsin və o, həbsdə qalsın. Dünyanın o biri tərəfində yaşayan cinayətkar müsəlman və türklərə necə bu cür nifrət edə bilər?”, - deyə o vurğulayıb.

Ərdoğan qeyd edib ki, Tarrant Yeni Zelandiyada məscidə hücuma görə cəzasını almalıdır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri