17 
Mar
2019
16:42
35
336
6302
Virtual karabakh

Roma Papası Yeni Zelandiyada məscidlərə hücumdan danışdı

17 Mar, 2019
16:42
6302

Roma Papası Yeni Zelandiyada məscidlərə hücumdan danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Roma Papası Fransisk Yeni Zelandiyada məscidlərdə baş vermiş terror aktları üzündən kədərləndiyini bəyan edib və inanclı insanları zorakılığa qarşı mübarizəyə səsləyib.  

RİA Novosti-nin məlumatına görə, Roma Papası Vatikanda ənənəvi moizə zamanı hadisə nəticəsində ölən və yaralananlara, eləcə də onların yaxınlarına görə dua etdiyini bildirib.

O, “müsəlman qardaşlara” yaxın olduğunu deyib və bütün inanclı insanları dualarında birşləşməyə çağırıb.

Qeyd edək ki, Yeni Zelandiyada məscidlərə silahlı hücum nəticəsində 50 nəfər ölüb, 50 nəfər yaralanıb. Hadisəni törədən 28 yaşlı Brenton Tarrant həbs olunub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri