18 
Mar
2019
10:31
193
144
4251
Virtual karabakh

İsrail əsgəri öldürüldü, Qəzzada ehsan paylandı

18 Mar, 2019
10:31
4251

İsrail əsgəri öldürüldü, Qəzzada ehsan paylandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İordan çayının Qərb sahilində yerləşən Ariel yaşayış məntəqəsində bıçaqlı şəxs İsrail hərbçisinə hücum çəkib, onun silahını ələ keçirib və yoldan keçən mülki şəxsin avtomobilini qaçırıb.

Həmin maşınla avtobus dayanacağından keçən terrorçu orada gözləyən insanları atəşə tutub.

Rəsmi rəqəmlərə görə, hadisə nəticəsində bir hərbçi həlak olub, yaralı iki mülki şəxs (israilli) ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Terrorçunun istifadə etdiyi avtomobili bir müddət sonra Ariel qəsəbəsindən bir neçə kilometr aralıda yerləşən Barkan yaşayış məntəqəsində aşkarlayıblar. Hazırda Barkanda hücumu həyata keçirmiş şəxsin axtarışı həyata keçirilir.

Bu arada, Qəzza zolağında “Həmas” fəalları insidenti İsrailə qarşı hücum, hətta “Salfit” əməliyyatı kimi qeyd edərək, küçələrdə ehsan paylayıb.  

Hücumlardan sonra Fələstinin “Ceyş Əl-İslam” qruplaşmasının rəsmi nümayəndəsi İsrailin ünvanına təhdidlərlə çıxış edib. O, Fələstinin azadlığı və onun torpaqlarında şəriət qanunları əsasında idarə olunan dövləti qurulması naminə belə hücumların davamlı olacağını bəyan edib.

Xatırladaq ki, “Ceyş əl İslam” bir gün əvvəl İsrail ərazisinə endirilən raketlərə görə məsuliyyəti öz üzərinə götürüb. Təl-Əviv istiqamətində atılan raketlər hər hansı dağıntı və ya itkiyə səbəb olmayıb. Raketlərdən birini  İsrailin “Dəmir Qübbə”  raket müdafiə sistemi dəf edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri